Vebinar: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”
24 Noyabr tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://www.youtube.com/
Vebinarın proqramı:Vergi Məcəlləsinə dəyişikliklərVergi Məcəlləsinə dəyişikliklər
- Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyiciləri (m.13.2.81, 13.2.82)
- Bazar qiymətləri (14.3.6, 14.6.5-cı maddə)
- VM əlavələr
- Vergi ödəyicisinin vəzifələri (16.1.6)
- Vergi orqanının hüquqları (23.1.2)
- Qeyri-rezidentin vergi uçotuna alınması (33.8-1)
- Vergi yoxlamaları (36.3-1)
- Nümunə kimi əşyaların və sənədlərin götürülməsi (43.11)
- Maliyyə sanksiyaları (58.6, 58.8, 58.8.3, 58.16-cı maddələr)
- Şikayətlər (63-cü maddə)
- Borcların alınması (65-ci maddə)
- Əlaqəli məlumatlara əsasən vergilərin hesablanması (67.2-ci maddə)
- Müəssisə ləğv edildikdə vergi öhdəlikləri (79.3-cü maddə)
- Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri (85-ci maddə)
- Yeni əlavələr və düzəlişlər ( 85.8, 85.8.6, 85.8.7, 85.9-3, 85.10-2)
- Fiziki şəxslərin gəlir vergisi (96.5, 98-ci maddələr)
- Gəlir vergisinin dərəcəsi (101-ci maddə)
- Azadolmalar (102, 106-cı maddələr)
- Gəlirdən çıxılan və çıxılmayan xərclər (108,109,111.4-cü maddələr)
- Təmir xərclərinin gəlirdən çıxılması (115-cı maddə)
- Sığorta və məhdudlaşdırılan xərclərinin gəlirdən çıxılması (115-ci maddə)
- Zərərin, təmir məbləğinin keçirilməsi, dividendlər və faizlər (121, 122,123-cü maddələr)
- Birgə fəaliyətdən mənfəətin, gəlirlərin bölüşdürülməsi (137-ci maddə)
- Maliyyə lizinqi (140-cı maddə)
- ƏDV-dən azad olan əməliyyatlar (164-cü maddə)
- ƏDV-nin əvəzləşməsi (175-ci maddə)
- Aksiz vergisi, azadolmalar (188-ci maddə)
- Aksiz vergisi, dərəcələr (190-cı maddə)
- Keçid müddəalar.
Təlimçi: Azər Qənbərov
Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.
Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.
SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.
Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.
Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.
Əlaqə: