Sual: Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri alına bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? Burada əsas məqam odur ki, bu vəsait vergi ödəyicisinin debitor borcu deyil, aktividir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimi qəbul edib etməməsini qanunvericilik çərçivəsində izah etməyiniz xahiş olunur.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mənbə: taxes.gov.az
Bax: