Aktivlər barədə məlumatın verilməsi

Vahid elektron lövhə, Ölkələrarası hesabat, vergi sirri, elektron xidmət, Dövlət Vergi Xidməti, Aktiv vergi ödəyiciləri, mühasiblərlə görüş, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, vergi sistemi, DVX, vergi xidməti, işə qəbul, ərizə formaları, Müvəqqəti vergi rejimi, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, sərəncam, Könüllü vergi ödəyicisi, ƏDV-nin qaytarılması, riskli vergi ödəyiciləri, alış aktları, Vergi ödəyicilərinin qəbulu, vergi hesabatlarının vaxtı, VÖEN necə ləğv edilməlidir, Vergi hesabatlarının vaxtı, qeyri-muzdlu, vergi hesabatları, vahid bəyannamə, valyuta, Bəyannamələrin təqdim edilməsiDövlət Vergi Xidmətindən bildirilir ki, vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı Vergi Məcəlləsinə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi ödəyicisi bildirişdə göstərilən müddət ərzində vergi öhdəliyini yerinə yetirmədikdə vergi orqanı aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər.

Aktivlər barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 57.2-ci , 65.1-ci və 89.3-cü maddələri.