Ən yüksək vergilər tətbiq edən 27 ölkə (2-ci hissə)

birbank biznes

yüksək vergilər, Ən yüksək vergilər tətbiq edən 27 ölkə / 2-ci hissə

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

Daha sonra bu məlumatlar ölkədə iqtisadi vəziyyət haqqında tam bir təsəvvür yaratmaq üçün istifadə olunur.

ÜİF-in nəzərdən keçirdiyi göstəricilərdən biri ölkədə vergi yüküdür. Bu zaman daha yüksək ballar daha aşağı rəqabətlilik deməkdir. Bundan ötrü Dünya Bankından ümumi vergi dərəcəsi haqqında məlumatlar alınır.

Vergilərin ümumi həcmi hər cür ayırmalardan sonra ödənilən beş müxtəlif vergi və rüsumların məbləğidir:

– təşkilatlardan tutulan mənfəət vergisi,

– sahibkarın ödədiyi sosial müavinətlər və işçi qüvvəsinə görə vergilər,

– daşınmaz əmlak vergisi,

– dövriyyədən vergi və digər kiçik vergilər.

Əslində bütün bu vergilər müxtəlif sahələrdə çalışan insanlara görə deyil, biznesə görə təyin edilir. Aşağıda ümumi vergi dərəcəsi 50% – dən yuxarı olan ölkələrin siyahısı göstərilir.

  1. Kosta-Rika

Vergi yükü: 58%

Bu kiçik ölkə Mərkəzi Amerikanın vergi yükünün 50% – dən çox olduğu az sayda ölkələrindən biridir. Bu, qismən siyasətçiləri vergiləri artırmağa məcbur edən son illərdə “vergi” etiraz aksiyalarının yüksək səviyyədə olması ilə bağlıdır.

  1. İspaniya

Vergi yükü: 58,2%

İspaniya yüksək vergi səviyyəsinə malik Avropa ölkələrindən biridir. Bu reytinqə daxil olan daha bir “böyük beşlik” ölkəsidir.

  1. Hindistan

Vergi yükü: 61,7%

Hindistanın maliyyə naziri Arun Ceytli növbəti dörd il ərzində korporativ vergini 5%-ə kimi azaltmaqla, 25%-ə endirmək niyyətindədir.

  1. Tunis

Vergi yükü: 62,4%

Ümumiyyətlə götürdükdə, Afrika ölkələri arasında vergi yükünün ən yüksək səviyyəsi heç də Tunisdə deyil. Belə ki, cənubda daha yüksək vergiyə malik ölkələr var. Buna baxmayaraq, Şimali Afrika ölkələri haqqında danışırıqsa, Tunis vergi yükünün səviyyəsinə görə ikinci yerdədir.

  1. Benin

Vergi yükü: 63,3%

Dünya Bankı bildirir ki, ölkədə korporativ mənfəət vergisi cəmi 15.9% təşkil edir. Lakin ölkədə biznes üçün vergi yükünü əhəmiyyətli dərəcədə artıran vergilər çoxdur.

  1. Qambiya

Vergi yükü: 63,3%

Ölkənin hər hansı əhəmiyyətli təbii ehtiyatları yoxdur. Dünyanın ən yoxsul ölkələrindən biridir.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.