Mən xarici elektron pul kisəsindəki məvacibimi Azərbaycandakı plastik kartıma köçürdükdə hər hansı vergi ödəməliyəmmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, rezident tərəfindən xarici elektron pul kisəsindəki vəsaitin rezident bank hesablarına köçürülməsinə görə vergi tutulmur.
Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürüldüyü halda əməliyyatı həyata keçirən yerli bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutulur.
Bundan əlavə, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.
Mənbə: vergiler.az
Təminat xarakterli depozitdən ƏDV tutulurmu?