ƏDV ödəyicisi olan şirkət müqavilə şərtinə uyğun olaraq icarədardan təminat olaraq depozit alır və müqavilənin müddəti bitəndən sonra depozit məbləğini geri qaytarır. Bu halda depozit kimi alınan məbləğdən ƏDV hesablamalıdırmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan halda icarə müqaviləsi üzrə təminat xarakterli alınan, qarşılığında hər hansı bir xidmət göstərilməyən və müqavilə bitdikdən sonra geri qaytarılan depozit məbləğləri ƏDV-nin vergitutma obyektini yaratmadığından həmin məbləğlər üzrə ƏDV hesablanmır.
Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.
Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.
Mənbə: vergiler.az
Dövlət və neft sektorunda muzdlu işlə bağlı gəlirlərdən vergi tutulması