Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq

Elektron qaimə düzəliş, maliyyə hesabatının təqdimi, vergi ödəyiciləri üçün güzəştlər,“Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq tələblər yeni məcəllənin hazırlanmasını zəruri edir:

“Burada əsas məqsəd ondan ibarətdir ki, artıq illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təkmilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyə olunur.

Banner

Razıyam ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir. Bu mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir. Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələrini nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq”.

Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir.

Mənbə: report.az