Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?

birbank biznes

yararsız mallar, Sual: Alınan və ya idxal edilən yararsız malların (təchizatçıya qaytarılmırsa) uçotdan silinməsi, ləğv edilirsə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılan xərcdir, yoxsa sərbəst mənfəət hesabına silinir? Eyni zamanda istehsal prosesi zamanı zay olan məhsul və ya istifadə müddəti bitmiş, satılmayan hazır məhsul utilizasiya olarsa ləğv edilən malın dəyəri gəlirdən çıxılan xərcdirmi? Xahiş olunur ətraflı izah verəsiniz.

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.

Mənbə: muhasibat.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun