“Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidməti daha da təkmilləşdirilib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, Hökumət Ödəniş Portalı (https://www.gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.
Qeyd olunub ki, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi vergi inzibatçılığının əsas prioritetlərindən biridir.
Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradır.