Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib

birbank biznes

Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericlik aktlarına da müvafiq dəyişikliklər olunub. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Xergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub. Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz. https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az


Vebinar: “Kameral vergi məktublarının (ƏDV) cavablandırılması”