Vahid bəyannamənin son təqdimetmə tarixi müəyyən edildi

birbank biznes

işə qəbul“Sosial sığorta haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vergi ödəyiciləri avqustun 11-nə qədər müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az


Bax: Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi