Satışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi?

birbank biznes

Satışdankənar gəlirlər,Nazirlər Kabinetinin 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları”nın 2.1.2.1-ci bəndinə əsasən məcmu illik gəlirlərə satışdankənar gəlirlər (faiz, müsbət məzənnə fərqi və s.) daxildirmi? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları”nın 2.1.2.1-ci bəndinə əsasən mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət sayılır.

Vergi qanunvericiliyinin müddəalarına əsasən gəlir dedikdə, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab olunur.

Qeyd olunanlara əsasən vergi ödəyicilərinin satışdankənar gəlirləri adıçəkilən meyarların 2.1.2.1-ci bəndində nəzərdə tutulan məcmu gəlirlərə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı.

Mənbə: vergiler.az