Peşəkar mühasib sertifikatı üzrə imtahanda iştirak üçün qeydiyyat uzadılıb

birbank biznes

PMS üzrə imtahan, vergi orqanlarına işə qəbul,Peşəkar mühasib sertifikatı II mərhələ üzrə imtahanda iştirak üçün qeydiyyat müddəti 21 noyabr 2021-cil saat 23:00-dək davam edəcəkdir.

Qeyd edək ki, imtahan 28 noyabr saat 11:00-da keçiriləcəkdir.


Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar qeydiyyatı 7 noyabr 2021-ci il tarixində başa çatmalı olan peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti uzadılmışdır.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat 15 noyabr 2021-ci il saat 14:00-dək davam edəcəkdir.

Qeyd edək ki, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi 21 noyabr 2021-ci il tarixində keçiriləcəkdir.

Mənbə: dim.gov.az