Bakıda orta aylıq əmək haqqı artıb
Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əmək haqqının məbləğini açıqlayıb.
Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 926,7 manat təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı üzrə göstərici 938,4 manata bərabər olub.
Mənbə: apa.az