Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Bu ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8,9 faiz artaraq 22,785 milyon ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ödəniş kartlarında debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb.

2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,712 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,455 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Mənbə: vergiler.az

Banner