Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 979,9 milyon manat təşkil edib.

Bu, ötən il avqustun 1-i ilə müqayisədə 9,5 % çoxdur.

Bankların aktivlərinin 30 milyard 146 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 12,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,1 %-dən 49,4 %-ə çatıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,5 % artaraq 53 milyard 330,2 milyon manata, o cümlədən depozit portfeli 10,2 % artaraq 40 milyard 394,3 milyon manata çatıb. Bunun 17 milyard 466,5 milyon manatı fiziki, 22 milyard 927,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,45 % artıb.

Banner

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 20 % azalaraq 0,4 milyon manat olub.

Sektorun balans kapitalı isə 9,1 % artaraq 7 milyard 649,7 milyon manat təşkil edib.

Mənbə: vergiler.az