Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları ilə bağlı Qərarda dəyişiklik edilib

birbank biznes

Özünüməşğulluğun təşkili, Xüsusi karantin rejimi, qeyri-iş, xüsusi karantin rejimi, icazələr, Müavinətlər, karantin, giriş-çıxış, vergi ödəyiciləri, müvəqqəti vergi rejimi, fəaliyyət bərpa olunur, gömrük, xüsusi karantin rejimi, İcbari tibbi sığorta, birdəfəlik ödəmə, tədbirlər planı, , digər rayonlara getmək, karantin, aksiz dərəcələri, təsnifat kodları, Vergidən azadolunma,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2751) ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın “Qeydlər”inin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 may 2020-ci il
№ 174

Mənbə: cabmin.gov.az


Bax: Nağdsız hesablaşmalar haqqında Qanunda dəyişiklik edilib


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *