Azərbaycanda maliyyə icarəsinin subyektləri və obyekti müəyyən olunur

Azərbaycanda maliyyə icarəsinin subyektləri icarəyə verən, icarəçi və satıcıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Maliyyə icarəsinin obyekti icarəçinin şəxsi və ya məişət məqsədləri üçün istifadə etdiyi, ölkənin normativ hüquqi aktlarına əsasən mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar, habelə torpaq sahələri istisna olmaqla, əsas vəsaitə aid olan və sahibkarlıq və ya təsərrüfat fəaliyyətində istifadə olunan daşınar və daşınmaz əşyalar ola bilər.

Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalı maliyyə icarəsi obyekti üzrə icarəyə verənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır.

Banner

Mənbə: report.az