Maddi yardımlar vergiyə cəlb olunurmu?

birbank biznes

icarədən gəlirlər üzrə vergi öhdəliyi,Sosial həmrəylik tədbirləri çərçivəsində bayram günlərində müəssisənin işçisi olmayan, yardıma ehtiyac duyan vətəndaşlara pul şəklində müxtəlif maddi yardımlar edilir. Həmin yardımlar vergiyə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.

Əsas: kimi Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi.

Mənbə: vergiler.az


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim