İşçinin iş vaxtından artıq işə cəlb olunmasının hüquqi aspektləri

zərərin kompensasiyası, əmək məzuniyyətinin verilməsiTəcrübədə işçilərin gündəlik normada müəyyən edilmiş iş vaxtından artıq işə cəlb edilməsi qaçılmaz olur. Bu cür hallarda işəgötürənin işçi qarşısında hansı hüquqi öhdəliyi yaranır? Suala hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirir.

Qanunvericiliyə görə, iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsidir.

Qanunvericiliyə əsasən, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. İş vaxtından artıq işə cəlbetmə zamanı işəgötürən bu vaxtın dəqiq və dürüst uçotunu aparmağa borcludur. Qanunvericiliyə əsasən, bu uçotun aparılma forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

Aşağıda göstərilən hallarda işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir:

  • dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  • su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
  • başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zərurəti olduqda;
  • işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
  • əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İstehsalatda baş verən xəsarət halında işçinin kompensasiya hüququ

Bundan əlavə, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tez xarab olan malların itkisinin qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi mümkündür.

Banner

İş vaxtından artıq işə cəlbedilmə halında işçiyə ödənilən əməkhaqqının məbləğinə əlavələr necə hesablanır?

Qanunvericilik bununla bağlı iki halı fərqləndirməyi zəruri hesab edir:

  • əməyin vaxtamuzd ödənilməsi;
  • əməyin işəmuzd ödənilməsi.

Birinci halda işçi konkret vaxt ərzində (misal üçün gündə 8, həftədə 40 saatdan çox olmayaraq) işəgötürənin verdiyi tapşırıqları icra etmək öhdəliyi daşıyırsa, ikinci halda işçi hər hansı işin icrasına görə (misal üçün bir təqvim həftəsi ərzində 5 ədəd avtomobil təmir etmək) öhdəlik daşıyır.

İş vaxtından artıq işə görə əməkhaqqına əlavənin miqdarı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində hesablanır.

Qanunvericiliyin mövqeyinə görə, vaxtamuzd çalışan şəxslər hər əlavə saat ərzində 1 saatlıq əməkhaqqının iki qatı qədər əməkhaqqı almaq hüququna malikdir. Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənişi qanunvericiliyin minimal tələbidir.

Onu da xatırladaq ki, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Qeyd edək ki, hamilə qadınların, 18 yaşına çatmayan işçilərin və 3 yaşına çatmamış uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir. 14 yaşınadək uşağı olan, həmçinin, sağlamlıq imkanları məhdud uşağı olan qadınlar yalnız özləri razılıq verən hallarda iş vaxtından artıq işə cəlb edilə bilər.

Mənbə: vergiler.az


İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri