Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

birbank biznes

vergi məcəlləsi dəyişiklik, aksizli malları markasız idxal etmək, torpaq vergisi üzrə öhdəlik, əsas vəsaitlərin təmiri, Nəzarət-kassa çeki maliyyə sanksiyası, idxal malları, vergi məcəlləsinin 163-cü maddəsi, Gəlirdən çıxılmayan xərclər, Sadələşdirilmiş vergi ödəyicisi, Malların alış aktı, debitor borclar, Malların alış dəyərini hesablamaq, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, maliyyə hesabatının təqdimi, vergi ödəyiciləri üçün güzəştlər,Mingəçevir şəhərində qeydiyyatda olan, Bakı şəhərində yaşayan şəxs Bakı şəhərində VÖEN ala bilərmi?

Vergi Məcəlləsinin müddəalarına əsasən, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar. Vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Mənbə: vergiler.az


İşçilərin məzuniyyət hüquqları