Təsisçi tərəfindən verilmiş əsas vəsaitlər üçün hansı halda amortizasiya hesablana bilər?
Sual: Təsisçi gələcəkdə pulu ödənilmək şərti ilə müəssisəyə avtomobil alıb. Avtomobil müəssisənin balansına götürülə və amortizasiya hesablana bilərmi?
Cavab: Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.
Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır. Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır. Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.
Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Başqa işə keçirilmənin sənədləşdirilməsi
ƏDV-dən azad əməliyyatlar hansılardır?
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
Əsas vəsaitlərin alışı zamanı nələrə diqqət yetirilməlidir?
Hüquqi şəxsin icarədən əldə etdiyi gəlirin vergiyə cəlb olunması
Avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya kassa mədaxil orderi verilə bilər?