Azərbaycanda müvəqqəti rejimdə ərzaq məhsulları ƏDV-dən azad ediləcək

Azərbaycanda ərzaq məhsullarının idxalının ƏDV-dən azad olunması təklif olunur.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Təklif olunan dəyişikliklə müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az

Banner

Bax: Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *