Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydalarında dəyişiklik edildi

birbank biznes

Əmək pensiyalarının təyin edilməsiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1902 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421; 2023, № 2, maddə 315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 210 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla,” sözləri çıxarılsın;

1.2. 1.2-ci, 6.2-ci bəndlər, 6.1.3-cü və 6.1.5-ci yarımbəndlər ləğv edilsin;

1.3. 5.7-ci bəndə “nəzərə alınır” sözlərindən əvvəl “(pensiya təyinatı tarixinədək)” sözləri əlavə edilsin;

1.4. 6.1.1-ci yarımbəndə “sığorta hissəsi” sözlərindən sonra “, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilsin;

1.5. 6.5-ci bənddə “6.1.3-6.1.5-ci” sözləri “6.1.4-cü” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 avqust 2023-cü il

Mənbə: nk.gov.az