Əmək müqavilələrinin kağız forması və əmək kitabçalarının ləğv edilməsi nəzərdə tutulur

birbank biznes

2021-ci il üçün istehsalat təqvimi, 190 manat, işsizlikdən sığorta, Əmək münasibətləri, Sosial xərclər, sosial ödəmə, hüquq pozuntuları, Əmək müqaviləsinin forması, 190 manat, Əmək Məcəlləsində dəyişikliklər, Məşğulluq xidmətləri, Ünvanlı sosial yardım, qeyri-iş günləri, pensiya, işsizlik sığortası üzrə rekvizitlər, əmək haqqı gəliri, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, İşsiz, İşsiz şəxslərin qeydiyyatıDövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə işlər davam edir. Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcəyi gözlənilir.

Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq. Altsistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:

  • əmək müqavilələrinin kağız forması;
  • əmək kitabçaları;

  • sosial sığorta kartları;
  • işçilərin şəxsi işi anlayışı;
  • kağız üzərində əmrləşmələr;
  • kağız üzərində ezamiyyə vərəqələri;
  • kağız üzərində ştat cədvəlləri;
  • kağız üzərində yazışmalar;
  • fiziki həyata keçirilən yoxlamalar;
  • fiziki cərimə mexanizmi;
  • fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri;
  • digər qeyri-elektron yanaşmalar.

Mənbə: vergiler.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun