İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik vergi ödəyiciləri Vergi Məcəlləsinin 218-ci maddəsi ilə müəyyən edilir. 218.1.1-ci maddəyə əsasən, bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Qeyd olunanlara əsasən, ƏDV ödəyicisinin digər təsərrüfat subyektində sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər sadələşdirilmiş vergini tətbiq edə bilərlər.
Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi
Mənbə: vergiler.az