ƏDV-dən azad edilən kitab və kağızların siyahısı təsdiq edilib

E-qaimə ilə bağlı Qərar, vergi güzəştləri, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, Ezamiyyə xərclərinin normaları, Vahid büdcə təsnifatı,“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İdxalı  və  satışı  əlavə  dəyər  vergisindən  azad  edilən  kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Banner

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 may 2022-ci il

№ 184


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2022-ci il 13 may

tarixli 184 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon

və ya vərəqə şəklində kağızın SİYAHISI

XİF MN üzrə kod  

Malların təsviri

1 2
4801 00 000 0 Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
4802 54 000 0 4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q-dan az olan rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
 4802 55 150 0

4802 55 250 0

4802 55 300 0

4802 55 900 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox, lakin 150 q-dan çox olmayan, rulonlarda, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

4802 56 800 0 4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox olan, lakin 150 q- dan çox olmayan, açılmış halda bir tərəfinin ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü 297 mm-dən çox olmayan vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton (bir tərəfinin ölçüsü 297 mm və digər tərəfinin ölçüsü 210 mm olan A4 formatlı vərəqlərdən başqa)
 4802 57 000 0 4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox olan, lakin 150 q- dan çox olmayan, açılmış halda bir tərəfinin ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü 297 mm-dən çox olan vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4802 58 100 0

4802 58 900 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 150 q-dan çox olan rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4802 61 150 0

4802 61 800 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olan, rulonlarda, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4802 62 000 0

4802 69 000 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olan, vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4810 13 000 0

4810 14 000 0

4810 19 000 0

4810 22 000 0

4810 29 300 0

4810 29 800 0

Bir və ya hər iki tərəfi bağlayıcı maddələr işlədilməklə və ya onlarsız kaolinlə (Çin gili ilə) və ya digər qeyri-üzvi maddələrlə örtülmüş, hər hansı bir digər örtüksüz, boyanmış və ya boyanmamış, dekorasiyalı səthli və ya onsuz, çap olunmuş və ya çap olunmamış, rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlər şəklində yazı, çap və ya digər qrafik məqsədləri üçün kağız və karton
4820 90 000 0-dan Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
4901 Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji  çap     materialları,      kitab     şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində
4902 İllüstrasiyalı      və      ya    illüstrasiyasız,     içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
4903 00 000 0 Kitab-şəkillər,   rəsm   üçün   və   ya   rəngləmə üçün uşaq kitabları
4904 00 000 0 Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar
4905 20 000 0

Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr

Mənbə: nk.gov.az