E-qaimə ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

vergi güzəştləri, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, Ezamiyyə xərclərinin normaları, Vahid büdcə təsnifatı,Azərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi ilə bağlı bəndə aşağıdakı əlavə edilir:

Banner

– lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli454-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1560 nömrəli Fərmanınınicrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, No 10, maddə 2155; 2019, No 3, maddələr 528, 534, 544, 563, 566, 568, No 4, maddə 753, No 5, maddələr 935, 945, 971, No 7, maddə 1325, No 8, maddə 1475, No 10, maddə 1677, No 11, maddə 1878, No 12, maddələr 2091, 2095; 2020, No 3, maddə 344, No 4, maddə 479, No 5, maddə 643, No 6, maddə 784, No 8, maddə 1134, No 9, maddə 1222, No 10, maddə 1273, No 11, maddələr 1403, 1408, No 12 (V kitab), maddələr 1589, 1597; 2021, No 2, maddə 203, No 3, maddələr 278, 288, 293, 300, 302, No 4, maddələr 395, 399, 404, 416, 417, 418, No 6 (IV kitab), maddə 695, No 7, maddələr 871, 874, No 8, maddələr 966, 973, No 9, maddə 1064, No 10, maddələr 1181, 1187, 1192, No 11 maddələr 1256, 1274, 1280, 1283;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 yanvar tarixli 1 nömrəli və 15 yanvar tarixli 18 nömrəli qərarları)ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:



1.1. 1.1.1.1.2.3-cü yarımbənddə “İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən” sözləri “İdman mərc oyunlarından, lotereyalardan” sözləri ilə əvəz edilsin;

1.2. 1.1.4.1.1.6-cı yarımbəndə “lotereyaların” sözündən sonra“(o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının” sözləri əlavə edilsin;

1.3. 1.1.4.3.1.6-cı yarımbəndə “hüquqi şəxslər” sözlərindən sonra “,habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.4. 1.1.4.3.2.4-cü yarımbənddə “operatoru və satıcıları” sözləri “satıcıları, habelə lotereya biletlərinin satıcıları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, No 2, maddə 191) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.4.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4.4-cü yarımbənd əlavə edilsin:

“1.4.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,11 aprel 2022-ci il

No 151

Mənbə: nk.gov.az