Dövlət Vergi Xidməti sahibkarların iştirakı ilə forum keçirəcək

Vergi uçotu, Vergi bəyannamələrinin yeni formaları, Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,Fevralın 25-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda forum keçirəcək.

Bu barədə quruma istinadən xəbər verilir.

“Sahibkarlıq subyektlərindən forum zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini forum@taxes.gov.az elektron poçt ünvanına göndərmələri tövsiyə olunur”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.

Mənbə: report.az

Banner