Dövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib

Dövlət Vergi Xidməti, vergi, əmək, Kompensasiya məbləği,2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) 86 845 min manat mənfəət əldə edib.

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2018-ci ilə nisbətən 11,7% azdır.

Ötən il Dövlət Vergi Xidməti 121 482 manat və yaxud əvvəlki ilə nisbətən 5,5% az gəlir əldə edib. Bunun 121 472 min manat qeyri-birja əməliyyatlarından, 10 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 34 637 min manat və yaxud illik müqayisədə 14,8% çox olub. Bunun 18 363 min manatı əməkhaqqı və işçilərlə bağlı digər xərclər, 1 101 min manatı sərf edilmiş materialların dəyəri, 1 693 min manat amortizasiya xərcləri 13 480 min manatı sair əməliyyat xərcləri, 735 min manatı isə əmlakın ləğv edilməsi və yaxud əvəzsiz verilməsi üzrə xərclərdir.

Mənbə: muhasibat.az

Banner

Bax: ƏƏSMN-nin bu səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilir

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *