Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?

Sual: ƏDV ödəyicisi olan MMC 2020-ci ilədək gələcəkdə satış məqsədilə 100 ədəd daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış) investisiya yatırmışdır. Nəzərinizə çatdırım ki, bu əmlaklar alınan zaman notarius tərəfindən sadələşdirilmiş vergi tutulub dövlət büdcəsinə ödənilmişdir. Yəni əmlakın dəyərinə bu vergilər də daxil edilmişdir.

2020-ci ildə bu əmlaklar satılarkən hansı vergilərə cəlb olunacaq? Əgər ƏDV hesablanarsa, bu əmlakın dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək və MMC nəinki qazanc götürəcək, hətta bu əməliyyatlardan zərər edəcəkdir.

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən  mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

Banner

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.