Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzil, həyət evi, bağ, qeyri-yaşayış sahəsi və obyekt kimi əmlakları girov qoymaqla Kapital Bank-dan 70 000 manatadək kredit almaq mümkündür.
Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər. Maksimum 7 il müddətinə verilən kreditin minimal məbləği 20 000 manatdan, illik faiz dərəcəsinə isə güzəşt edilərək 18%-dən başlayır.
Qeyd edək ki, kredit yalnız rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.