Azərbaycanda ötən il aktiv vergi obyektlərinin sayı 9% artıb

birbank biznes

sosial sığorta, bazar qiyməti, ƏDV-nin hesablanması“2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 7,4 milyard manat təşkil edib. Vergi proqnozu 102,7%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi proqnozu 103,9% yerinə yetirilib”.

Bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, ötən il ölkədə Ümum iDaxili Məhsulun (ÜDM) azalması ilə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi artıb və 10,2% təşkil edib.

“Dünya enerji bazarlarında müşahidə edilən qiymət azalmaları, habelə hasilatın azaldılması fonunda neft-qaz sektoru üzrə daxilolmalarda 20,6% azalma qeydə alınıb. Azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına kompensasiya olunub. Ötən il qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3,3% artaraq 5,6 milyard manat olub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının dövlət büdcəsinin qeyri-neft gəlirlərində xüsusi çəkisi qismən artıb və 2019-cu ildəki 51,2%-dən 2020-ci ildə 52,6%-ə yüksəlib. Qeyri-neft-qaz sektorunda daxilolmaların artım səbəbləri barədə danışarkən əsas vergi növlərindən mənfəət vergisinin 12%, fiziki şəxslərin gəlir vergisinin 21%-dək, aksizlərin isə 2 dəfə artdığı qeyd olunmalıdır.

2020-ci ildə aksiz vergisi üzrə daxilolmalar 2017-ci illə müqayisədə18 dəfə artıb. Bu daha çox vergi inzibatçılığının keyfiyyətinin artırılması sahəsində görülən tədbirlər hesabına bu sektorda şəffaflaşma və dövriyyələrin “ağarması” proseslərinin nəticəsi hesab edilə bilər.

Əgər biz sektor üzrə nəzərdən keçirsək, qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda ən yüksək xüsusi çəkilərdən birinə malik ticarət sahəsində daxilolmalarda 17%-ə yaxın, qeyri-neft sənayesində isə 9%-dən çox artım qeydə alınıb. Pərakəndə ticarətdə daxilolmaların təxminən 7% azalmasına baxmayaraq, topdansatış ticarətdə 33%-dən çox artım müşahidə olunub.

Pandemiyanın təsirlərinə baxmayaraq, 2020-ci ildə vergi ödəyicilərinin və obyektlərinin sayında artım qeydə alınıb. Aktiv vergi ödəyicilərinin sayı 24%-dən çox artaraq 616 mini ötüb, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayında 17%-dən çox artım olub. Aktiv vergi obyektlərinin sayı isə 9% artaraq 167 mini ötüb”, – deyə o, qeyd edib.

Mənbə: report.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun