Bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i yeni koronavirus pandemiyasının nəticələri ilə əlaqədar illik baza əsasında yenidən hesablanmasına görə 39,6 faiz azalacaq. Bu məlumatı Birləşmiş Ştatlar Konqresinin büdcə idarəsinin hesabatına istinadla Rusiyanın TASS agentliyi xəbər verib.
Büdcə idarəsinin rəhbəri Filip Suoqel hesabatla əlaqədar bildirib ki, ölkə iqtisadiyyatı cari ilin ikinci rübündə koronovirus pandemiyası ilə əlaqəli amillər üzündən kəskin ixtisarlarla üzləşəcək.
Konqresin müstəqil ekspertlərinin proqnozlarına görə, vəziyyət üçüncü rübdə, illik əsasda hesablamalarda gözlənilən 23,5 faiz, dördüncü rübdə isə 10,5 faiz yüksəliş hesabına bir qədər bərpa oluna bilər.