Xarici ölkədə keçirilən imtahandan azad olunma ilə bağlı elektron qaydada ödənişdən ƏDV tutulmalıdırmı?

birbank biznes

Maya dəyərinin hesablanması, ümidsiz borc, aktiv vergi obyektləri, sosial sığorta, bazar qiyməti, ƏDV-nin hesablanmasıAmerikada əlavə təhsil alıram və əvvəlki təhsilimə aid diploma görə Amerika institutu tərəfindən iki imtahandan azad edilmişəm. Əvvəlki diplomumun tanınması və oradakı imtahanlardan azad olunmağım üçün bank kartımdan 150$ çıxılıb. Lakin bank bu məbləğə əlavə olaraq 18% (46,17 AZN) ƏDV də tutub. Bu əməliyyat üçün bank məndən ƏDV tutmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən keçirilən imtahanda iştirakdan azad olma ilə bağlı vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında iş və xidmət alınması hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müvafiq sənədlərlə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: vergiler.az


Əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manatdan çox olduqda vergi hansı dərəcə ilə tutulur?