Bu ilin mart ayının 1-nə investisiya təşviqi sənədini alan 470 hüquqi şəxs və fərdi sahibkarlara 1 318,2 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6194 təsdiqedici sənəd təqdim olunub.
Sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan təqribən 320,5 milyon dollar məbləğində güzəşt əldə edilib.
Qeyd edək ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
Sənəd barədə ətraflı: https://economy.gov.az/az/page/muracietler/sual-cavab/investisiya-tesviqi-mexanizmi
Mənbə: vergiler.az