Azərbaycanın vergi sistemi təkmilləşdiriləcək

birbank biznes

vergi sistemi, DVX, vergi xidməti, işə qəbul, ərizə formaları, Müvəqqəti vergi rejimi, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, sərəncam, Könüllü vergi ödəyicisi, ƏDV-nin qaytarılması, riskli vergi ödəyiciləri, alış aktları, Vergi ödəyicilərinin qəbulu, vergi hesabatlarının vaxtı, VÖEN necə ləğv edilməlidir, Vergi hesabatlarının vaxtı, qeyri-muzdlu, vergi hesabatları, vahid bəyannamə, valyuta, Bəyannamələrin təqdim edilməsiPostpandemiya dövründə vergi siyasətinin yeni çağırışlara uyğunlaşması üçün orta və uzun dövrlərdə vergi sisteminin qanunvericilik və inzibatçılıq baxımından təkmilləşdirilməsi həyata keçiriləcək.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, əsas məqamlardan biri vergi qanunvericiliyinin investisiya yönümlüyünün təmin edilməsidir: “Vergi siyasəti daha çox istehsalın yaradılmasına, vergi təşviqlərinin verilməsinə, məşğulluğun təmin edilməsinə, yeni kapitalın yaradılmasına, investisiya alətlərində verginin optimallaşmasına yönələcək”.

Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, bununla yanaşı, uçotsuz fəaliyyətin məhdudlaşması, qanunsuz aksizli mal istehsalçıları ilə mübarizə davam etdiriləcək.

“Vergi qanunvericiliyində xarici ölkələrin uğurlu təcrübələrinin tətbiqi prosesi, həmçinin uçot siyasətində şəffaflığın təminatı diqqət mərkəzində saxlanılacaq”, – deyə O. Nəzərli bildirib.

Mənbə: apa.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun