Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar barədə
Aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:
- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;
- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;
- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;
- vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.
Əsaslandırma: Vergi Məcəlləsinin 54-cü maddəsi.
Mənbə: sosial.gov.az