Estoniyanın Vergi-Gömrük Departamentindən bildirilib ki, Estoniya və Finlandiyanın vergi orqanları məlumatların real vaxt rejimində mübadiləsini həyata keçirməyə başlayıblar. Bu layihə çərçivəsində dünyada ilk dəfə olaraq iki ölkənin vergi departamentləri arasında məlumatların avtomatik mübadiləsi aparılıb.
Estoniyanın Vergi-Gömrük Departamentinin direktor müavini Rivo Reytmann bildirib ki, hazırda Estoniya ilə Finlandiya arasında məlumatlarla bağlı müraciətlərin sayı hər iki ölkənin vergi orqanlarına xaricdən göndərilmiş müraciətlərin ümumi sayının üçdə ikisi qədərdir. “Beləliklə, məlumatların avtomatik mübadiləsi Estoniya və Finlandiya dövlətləri arasında yaxşı əməkdaşlığın qabaqcıl nümunəsidir”.
Qeyd edilib ki, məlumatların real vaxt rejimində mübadilə edilməsi transsərhəd qanun pozuntularının daha yaxşı araşdırılmasına şərait yaradacaq, eləcə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək.
Mənbə: vergiler.az