“Azərbaycan Mühasiblər Məktəbi”nin “PMS II mərhələyə hazırlıq üzrə 10 ballıq məsələlərin izahı (Yeni təsdiq olunmuş formalar əsasında)” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.
Vebinarın təqdimatçısı Rəşad Əhmədov 2011-ci ildən vergi sahəsində elmi fəaliyyət göstərir. Hal-hazırda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi vəzifəsində çalışır. 9 ilə yaxındır ki, “Vergi qanunvericiliyinin tətbiqi” elmi-praktiki kurslarının və həmçinin 3 ilə yaxındır “PMS imtahanlarının ikinci mərhələsinə hazırlıq” kursların təlimçisidir. Dövlət İmtahan Mərkəzinin PMS ikinci mərhələ üzrə ekspert qrupunun rəhbəridir.
Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin “MBA” fakultəsinin və Bakı Dövlət Universitetinin ”Mülki proses və kommersiya hüququ” kafedrasının müəllimi olaraq magistr pillələrində “Vergi və vergiqoyma”, “Vergi qanunvericiliyi” və “Vergi inzibatçılığı” fənlərini tədris edir. Vergi qanunvericiliyinə dair 15-dən artıq məqalənin müəllifidir.
Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.
Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi
Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları
Mühasibat kursları
Vergi kursları
Mühasiblər üçün Excel kursları
Əlaqə: