Video: “Ödəmə mənbəyində vergi (ÖMV) bəyannaməsinin hazırlanması – yeni portalda”

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Ödəmə mənbəyində vergi (ÖMV) bəyannaməsinin hazırlanması – yeni portalda” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-2023-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Banner

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/