“Azərbaycan Mühasiblər Məktəbi”nin “İstehsalat və maya dəyəri xərclərinin uçotunun aparılması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.
Vebinarın təqdimatçısı Şahin Qurbanov 2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “SAPPORT MMC”də maliyyə meneceri və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.
Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.
15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.
Peşəkar mühasib sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.
Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi
Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları
Mühasibat kursları
Vergi kursları
Mühasiblər üçün Excel kursları
Əlaqə: