Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarına dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar vahid büdcə təsnifatına daxil edilib.
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1034 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4.2.5.9.3-cü yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:
1 | 4 | 2 | 5 | 9 | 3 | Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar |
- 1.4.2.5.9.4-cü yarımmaddəsindən sonra aşağıdakı məzmunda 1.4.2.5.9.5-ci yarımmaddəsi əlavə edilsin:
1 | 4 | 2 | 5 | 9 | 5 | Sair xidmətlər üzrə daxilolmalar |
- 1.4.3.8.0.0-cı paraqrafdan sonra aşağıdakı məzmunda 1.4.3.9.0.0-cı paraqraf əlavə edilsin:
1 | 4 | 3 | 9 | 0 | 0 | Şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar |
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 31 avqust 2020-ci il
№ 317
Mənbə: nk.gov.az