Vebinarın adı: Vahid bəyannamənin hazırlanma qaydaları
17 Noyabr tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://youtu.be/S1kM_xXjsJk
Vebinarın proqramı:
- Fərdi sahibkarın Vahid bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
- İşçilərin aylıq hesablanmış əməkhaqqı məbləğlərinin vergilərə bəyan edilməsi;
- Azadolmaların, məzuniyyət və digər ödəmələrin bəyannamədə qeyd edilməsi;
- İşsiz günlərin doldurulması qaydası;
- Vahid bəyannamə hazırlandıqdan sonra onun əməkhaqqı cədvəlində qeyd edilən məbləğlər ilə qısa zamanda qarşılaşdırılması;
- Vaxtından əvvəl xitam verilmiş yaşam sığortanın bəyannamədə qeyd edilməsi.
Təlimçi: Salman Əbdülrzazadə
İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris edir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.
Əlaqə: