Vahid bəyannaməni Dövlət Vergi Xidməti tərtib edəcək

birbank biznes

vahid bəyannamənin doldurulması, bank məlumatları, vergi güzəşti, malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, Qeyri-rezidentin gəliri, sahibkarlıq fəaliyyəti, Əmtəə nişanlarının təkrar istifadəsiGələcəkdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin müxtəlif qurumların məlumat bazaları əsasında doldurulmasını və vergi ödəyicisinə təqdim edilməsini planlaşdırır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

N. Vahabzadənin sözlərinə görə, bütün bunlar atılacaq innovativ addımlar çərçivəsində mümkün olacaq: “Ölkə üzrə bir çox dövlət qurumlarının, həmçinin Dövlət Vergi Xidmətinin məlumat bazaları çox genişdir. Biz məhz bu bazalar əsasında vahid bəyannaməni özümüz doldurmağı planlaşdırırıq. Bu zaman vergi ödəyicisi mühasibdən istifadə etməmək kimi işlərə sərf edəcəyi vaxta qənaət edəcək”.

O qeyd edib ki, bu, həm də vergi ödəyicisinin maliyyə xərclərini azaldacaq: “Həmçinin, bizdə olan məlumatlar daha dəqiqdir. Vergi ödəyicisi məlumatları mütəmadi olaraq görəcək və orada hər hansı dəyişiklik varsa onu dəyişməyə məcburdur. Xidmət daha tez məlumat əldə edəcək və nəticədə vergi ödəyicisi də çətinliyə düşməyəcək, xidmət mərkəzlərinə kütləvi müraciətlər azalacaq”.

Mənbə: report.az