Turagent fəaliyyəti ilə məşğul olan şirkət aviabiletlərin və tur paketlərin satışını həyata keçirir və müəyyənləşdirilmiş faizlərlə haqq alır. Bu halda şirkətin vergi öhdəliyi necə hesablanmalıdır və təqdim edilən aviabilet və tur paketlərə görə alıcılara elektron qaimə-faktura təqdim edilməlidirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, “Turizm haqqında” Qanunun 1-ci maddəsinə əsasən? turagent turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.
Buna əsasən turagentlər göstərdikləri vasitəçilik xidmətlərindən əldə etdikləri komisyon haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz vergi öhdəliklərini yerinə yetirirlər. Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.
Eyni zamanda, turagentlər tərəfindən rezident şəxslərdən turizm xidmətlərinin alışı Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına uyğun olaraq “Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirilməlidir. Turagent tərəfindən turizm xidmətlərinin alışı “Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirildiyi halda alıcılara “Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” növdə elektron qaimə-faktura təqdim edilir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi/
Mənbə: vergiler.az
Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu?