İşsiz və işaxtaranlar üçün təqaüdlü “Əməliyyatçı-Mühasib” kursu

birbank biznes

Əməliyyatçı-Mühasib kursuİşaxtaranlar üçün əla fürsət!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azərbaycan Mühasiblər Məktəbi” MMC-nin birgə təşkil etdiyi “ƏMƏLİYYATÇI-MÜHASİB” kursu işsiz və işaxtaranlar üçün öz karyeralarını qurmaq yolunda əla fürsətdir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilən bu kurs tam ödənişsizdir. Agentliyin əsas məqsədi vətəndaşların məşğulluğunu təmin etməyə dəstək göstərməkdir.

Agentlik kursların təşkili üçün özəl tədris müəssisləri ilə əməkdaşlıq edir. Onların əməkdaşlığa cəlb edilməsi müraciət edən belə təhsil müəssisələrinin ümumi qiymətləndirilməsi əsasında aparılır. Sonuncu qiymətləndirmə 2022-ci ilin sonunda agentliyə müraciət edən 34 müəssisə üzrə aparılıb, onlardan 14-ü ilə qarşılıqlı əməkdaşlığın qurulması məqsədəuyğun sayılıb. “Azərbaycan Mühasiblər Məktəbi” MMC onlardan biridir.

Birgə əməkdaşlıq çərçivəsində əməliyyatçı-mühasiblər hazırlayan kurs təşkil ediləcək. Kursda dinləyicilər peşənin perspektivləri haqqında məlumat alacaq, əməliyyatçı – mühasib kimi işə başlamaq üçün bilik və bacarıqlara yiyələnəcək, baş mühasib kimi yetişmək üçün necə inkişaf etməyin yollarını öyrənəcəklər. Kursda mühasibat elminin əsaslarını öz işinin peşəkarı olan təcrübəli mühasiblər tədris edəcək.

Qeydiyyat üçün əsas meyar Məşğulluq Altsistemində “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatın, mühasibat üzrə baza biliklərinin olması və təhsilini bitirməsidir. 

Qiyabi təhsil alan tələbələr də müraciət edə bilərlər. Müraciət edən şəxslər peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqləndikdən sonra peşə hazırlığı kurslarına cəlb olunacaqlar.

Kursun müddəti 1.5 aydır. Həmçinin təlim müddətində həftədə 3 dəfə olmaqla praktiki təcrübə keçiriləcəkdir. Kursu bitirənlərə sertifikat təqdim edilir. Kursu uğurla bitirənlərin işlə təmin olunmasına köməklik göstəriləcək.

İştirak etmək üçün, keçidə daxil olmaqla sorğunu doldurun: https://forms.gle/


📌Ünvan: Caspian Plaza