“Startap” şəhadətnaməsi ilə vergi güzəştlərinin əldə edilməsi

birbank biznes

amortizasiya ayırmaları, mədən vergisi, sadələşdirilmiş vergi tətbiqi, məzuniyyət haqqı,Fiziki şəxs sahibkarları maraqdıran məsələlərdən biri ilin ortalarında “Startap” şəhadətnaməsi ilə vergi güzəştlərinin əldə edilməsi və bunun tədbiqi ilə bağlıdır. Mövzu ilə bağlı sərbəst auditor Altay Cəfərov misal üzərindən şərh verib.

Fiziki şəxs olan sahibkarın 2021-ci ilin yanvar ayından iyun ayına qədər elektron qaimə-fakturalar üzrə gəliri 40 min manat olmuşdur. Sahibkar 1 iyul 2021-ci ildən həmin fəaliyyət üzrə “Startap” şəhadətnaməsi almış və gəlir vergisindən azad edilmişdir. İyul-dekabr aylarında 30 min manat gəlir əldə etmiş sahibkar 2021-ci ildə təqdim edəcəyi gəlir vergisi bəyannaməsində vergidən azad edilən dövriyyəni nə qədər göstərməlidir?

Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Fiziki şəxsin “Startap” şəhadətnaməsində göstərilən innovasiya fəaliyyətindən, layihədən başqa gəlirləri ola bilər, bu zaman həmin digər gəlirlər vergiyə cəlb ediləcəkdir.

Misalda qeyd etdiyimiz sahibkarın innovasiya fəaliyyəti üzrə “Startap” şəhadətnaməsi 1 iyul 2021-ci ildən olduğu üçün yanvar-iyun aylarında əldə etdiyi gəlir – 40.000 manat gəlir vergisinə cəlb olunur. Çünki güzəşt “Startap” şəhadətnaməsinin alındığı tarixdən tətbiq edilir.

Beləliklə, fiziki şəxs olan sahibkarın iyul-dekabr aylarında əldə etdiyi gəliri – 30.000 manat gəlir vergisindən azad olunur.

Mənbə: vergiler.az


Vergi borcunun ödənilməsinə möhlət verilməsi