İşçilərin məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri

Məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Mövzu ilə bağlı suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

“Sosial sığorta haqqında” Qanuna əsasən, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir  
Banner

Cəmi

Sığortaolunanın gəlirlərindən tutulan Sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək

 

25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

  • Bakı şəhərində 100 faizi,
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
  • digər şəhərlərdə 80 faizi,
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi,
  • kənd yerlərində 50 faizi miqdarında.

Misal 1

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisədə çalışan işçinin aylıq gəliri 500 manatdır.

Məcburi dövlət sosial sığorta haqqının işçi və işəgötürəndən tutulması hansı qaydada həyata keçiriləcək?

İşçidən tutulma:
200 x 3% = 6 manat;
300 x 10% = 30 manat;
6 + 30 = 36 manat.

Deməli, işçinin aylıq əmək haqqından cəmi 36 manat sosial sığorta haqqı üzrə tutulma olacaq.

İşəgötürəndən tutulma:
200 x 22% = 44 manat;
300 x 15% = 45manat;
44 + 45 manat = 89 manat.

İşəgötürən tərəfindən isə işçinin xeyrinə ödənilməli olan sosial sığorta haqqının məbləği 89 manat olacaq.

Misal 2

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən müəssisədə çalışan işçinin aylıq gəliri 500 manatdır. Mədur dövlət sosial sığorta haqqının işçi və işəgötürəndən tutulması hansı qaydada həyata keçiriləcək?

İşçidən tutulma:
500 x 3% = 15 manat.

İşəgötürən:
500 x 22% = 110 manat.

Nəticədə işçi tərəfindən 15 manat, işəgötürən tərəfindən isə işçinin xeyrinə 110 manat sosial sığorta haqqı ödəniləcək.

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb