Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası təsdiq edilib

birbank biznes

Sığorta haqqının ümumi məbləğinin hesablanması, vahid büdcə, Fərdi tədris, birdəfəlik ödəmə, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Xüsusi karantin rejimi, qeyri-iş, xüsusi karantin rejimi, icazələr, Müavinətlər, karantin, giriş-çıxış, vergi ödəyiciləri, müvəqqəti vergi rejimi, fəaliyyət bərpa olunur, gömrük, xüsusi karantin rejimi, İcbari tibbi sığorta, birdəfəlik ödəmə, tədbirlər planı, , digər rayonlara getmək, karantin, aksiz dərəcələri, təsnifat kodları, Vergidən azadolunma,“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə AzərbaycanRespublikasının Nazirlər Kabineti qərara alır:

“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 21 oktyabr 2020-ci il
№ 405

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 21 oktyabr
tarixli 405 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Sığorta haqqının ümumi məbləğinin hesablanması
QAYDASI
1. Ümumi müddəa

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-11.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Qanunun 15-10.1.1-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının (bundan sonra – sığorta haqqı) ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir.

2. Sığorta haqqının ümumi məbləğinin hesablanması

2.1. Sığorta haqqının ümumi məbləği Qanunun 15-2.1-ci maddəsinə uyğun olaraq sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında qaçqın statusu almış, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, habelə Qanunun 15-2.3-cü maddəsinə əsasən Qanunun şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.

2.2. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin sayına dair statistik məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) müvafiq informasiya sisteminə ötürülür, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar isə Agentlik tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyindən əldə edilir.

2.3. Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərdən Qanunun 15-2.3-cü maddəsinə əsasən Qanunun şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına dair statistik məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Agentliyin müvafiq informasiya sisteminə ötürülür.

2.4. Bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq əldə edilən statistik məlumatlar hər rübün sonunda 5 (beş) iş günü müddətindən gec olmayaraq, Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.5. Sığorta haqqının ümumi məbləği bu Qaydanın 2.2-ci bəndində göstərilən şəxslərin sayından bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərin sayı çıxıldıqdan sonra, Qanunun 15-10.1.1-ci maddəsində qeyd olunmuş məbləğə vurulmaqla hesablanır.

2.6. Qanunun 15-10.2-ci maddəsinə əsasən Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Mənbə: nk.gov.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun